Sabaha olan hava -Proqnozu

23 Sentyabr 2014 13:40 (UTC+04:00)
Bakıda və Abşeron yarımadasında sentyabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur.

Güclü cənub küləyi axşam güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 17-20, günün birinci yarısında 28-33, axşama doğru 20-23 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi səhər və gündüz 750 mm civə sütununadək aşağı düşəcək, axşam 759 mm civə sütununa yüksələcək, nisbi rütubət axşam və gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 24-də gecə və səhər bəzi yerlərdə duman olacağı, şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, yağış yağacağı, axşam leysan xarakterli olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir güclü qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz 30-35, dağlarda gecə 5-10, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 24-26-da respublikanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun sentyabrın 25-də 5-10 dərəcə aşağı düşəcəyi, yağıntıların intensiv olacağı, küləyin güclənəcəyi gözlənilir ki, bu da kənd təsərrüfatı işlərinin aparılmasında, o cümlədən məhsul yığımında mühüm çətinliklər yaradacaq.