İŞİD-ə ağır zərbə endirildi- VİDEO
23 Sentyabr 2014 18:27 (UTC+04:00)
ANS PRESS-in məlumatına görə, bu barədə Ağ Ev açıqlama yayıb.
ABŞ və 5 Ərəb ölkəsindən ibarət koalisiya İŞİD terrorçu qruplaşmasının yerləşdiyi Raqqa daxil olmaqla, Suriyanın şərqinə havadan 14 bomba atıb.
Hücumlarda Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri iştirak edib.
Əməliyyat zamanı yaraqlıların baş qərargahı, maliyyə və təlim mərkəzləri hədəf alınıb.
Londonda yerləşən Suriya İnsan Haqqlarının Müşahidəsi təşkilatı bildirib ki, hava hücumları zamanı onlarla yaraqlı öldürülüb.
AzNews.az