Bakıda yenə əlilləri unutdular - FOTO

24 Sentyabr 2014 10:53 (UTC+04:00)


AzNews.az Day.Az-a istinadən xəbər ki, bu yaxınlarda Atatürk prospekti, 47 ünvanda yeni yerüstü keçid istifadəyə veriləcək.Təxminən 10-15 gün sonra keçidin açılışı olacaq.Uzunluğu 86 metr, eni 3,5 metr, yerdən hündürlüyü 6,5 metr olan keçidin 3 giriş-çıxışı, 4 eskalatoru və pilləkənləri var.Çıxışlardan biri park istiqamətinə olduğundan yaxınlıqdakı binanın sakinləri hərəkətin gur olduğu yolu keçməyərək keçiddən yararlana biləcəklər.

Layihə pis deyil, amma o hazırlananda məhdud imkanlara malik insanlar nəzərə alınmayıb. Keçiddə panduslar yoxdursa, əlil insanlar yolun o biri tərəfinə və ya parka necə keçsinlər? Ümumiyyətlə, Bakıda yeraltı və yerüstü keçidlər inşa ediləndə nədən əksər hallarda əlillər nəzərə alınmır?

Suallar cavabını gözləyir.