Həbsxanada dava- Ölən var
24 Sentyabr 2014 16:24 (UTC+04:00)
AzNews.az lent.az-a istinadən xəbər verir ki, həmin həbsxanada cəza çəkən Əmrahov Vüqar Şahismayıl oğlu və qardaşı Anar Əmrahov digər məhbus Elşən Əliyevlə mübahisə ediblər. Mübahisə daha sonra dava-dalaşa çevrilib və qardaşlar E.Əliyevə kətillə bir neçə zərbə endiriblər. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən E.Əliyev 4 gün sonra keçinib.
Faktla bağlı cinayət işi açılıb, hadisənin səbəbləri araşdırılır.
Qeyd edək ki, hadisəni törədən qardaşlar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), qətlə yetirilən E.Əliyev isə 234-cü (narkotik vasitələr) maddəsi ilə məhkum edilibmiş.
AzNews.az