Obama: “İslamda savaş yoxdur“
24 Sentyabr 2014 19:51 (UTC+04:00)
Axar.az Latinpost.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Barak Obama BMT-nin Baş Məclisinin 69-cu sessiyasında çıxışı zamanı deyib.
Barak Obama artıq terrorun da mərhəmətsiz olduğunu bildirib:
"Yaşadığımız əsrdə terror çox fərqli formaya çatdı, artıq daha mərhəmətsiz və ölümcüldür. Törəyən qruplar daha çox pis və mərhəmətsiz olur və bu qruplar dünyanın ən böyük dinini təmsil etdiklərini söyləyirlər amma müsəlmanlıqla bunların əlaqəsi yoxdur. Vətəndaşları acımadan öldürürlər".
Obama İslam dinin sülhü təmsil etdiyini qeyd edib:
"ABŞ-ın müsəlmanlarla savaşı ola bilmz. İslam sülh və səbrli olmağı öyrədir. İslamda savaş yoxdur, onların təmsil etdikləri belə yoxdur. Biz radikal qruplara qarşıyıq. Bunların da fəaliyyətinə maneə törətmək məcburiyyətindəyik".
AzNews.az