Ukrayna Rusiya ilə sərhədlərini rəsmən bağladı
25 Sentyabr 2014 08:48 (UTC+04:00)
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, prezidentin fərmanı müəyyən olunmuş qaydada Ukrayna ilə Rusiya arasındakı sərhəd keçid məntəqələrinin müvəqqəti bağlanmasını nəzərdə tutur.
Bundan əlavə sənədə əsasən, Ukrayna MTMŞ-si hakimiyyətə Ukrayna-Rusiya dövlət sərhədinin birtərəfli qaydada demarkasiyasına dair tədbirlər görməyi və onun lazımi mühəndis-texniki abadlaşdırılmasını tövsiyə edib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası həmçinin Ukrayna Nazirlər Kabinetinə Rusiya Federasiyası ilə danışıqlarda baş direktivlər layihəsini işləyib Ukrayna prezidentinə verməyi tövsiyə edib.
Aydan Axundova
AzNews.az