Azərbaycan nüvə tədqiqatları ilə bağlı xüsusi mərkəz yaradır

25 Sentyabr 2014 09:13 (UTC+04:00)


AzNews.az xəbər verir ki, Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda sənədlərin hazırlanması, Mərkəzin yerləşəcəyi yerin müəyyən edilməsi ilə bağlı iş gedir, proqramlar hazırlanır. Bütün bu nüanslar ilin sonunadək müəyyən olunacaq: "Sadalanan bütün aspektlər həll olunduqdan sonra hansı ölkələrlə əməkdaşlıq ediləcəyi, hansı texnologiyaların tətbiq olunacağı və s. müəyyən ediləcək".