Rusiya Xəzərə daha bir raket gəmisi buraxdı
25 Sentyabr 2014 09:34 (UTC+04:00)
APA-nın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Xəzər flotiliyasının tərkibinə daxil olan 21631 layihəli üçüncü - "Velikiy Ustyuq" kiçik raket gəmisinin sınaqlarının son mərhələsinə başlanıb. Sınaqlarda əsas diqqət gəminin idarəetmə sistemlərinin yoxlanılmasına və dənizdə döyüş atışlarının icrasına yönələcək. Gəmi donanmanın döyüş sıralarına noyabr ayında qəbul olunacaq.
Qeyd edək ki, 21631 "Buyan-M" layihəli gəmilər 21630 "Buyan" layihəli gəmilərin modernləşdirilmiş versiyasıdır. Bu layihəli gəmilər Xəzər flotiliyası üçün xüsusi olaraq tikilib. Adı çəkilən layihə üzrə Rusiya Xəzər flotiliyasının tərkibində "Qrad Sviyajsk" və "Uqliç" gəmiləri yer alır. Bu gəmilərin silahlanmasına ilk dəfə olaraq "Kalibr-NK" universal raket kompleksi daxil edilib.