100-dən çox İslam alimi İŞİD-ə məktub yazdı
25 Sentyabr 2014 14:50 (UTC+04:00)
AzNews.az xəbər verir ki, 18 səhifəlik məktubda İŞİD-in müsəlmanlıqla heç bir əlaqəsinin olmadığı bildirilib. Qeyd olunub ki, bu günə qədər etdikləri əməllərin Qurana zidd olduğu açıq şəkildə görünür.
Amerikanın İslam Dünyası əlaqələr şurasının direktoru Nihad Avad məktubun olduqca dərin mənaya malik olduğunu deyib: "Məktubun əsas məqsədi İŞİD-in fəlsəfəsiylə Quran ayələrinin uyğunsuzluğunu göstərməkdir. Məktub ərəbcədən başqa 24 dildə tərcümə olunub". Vaşinqtonda təşkil olunmuş iclasda mediaya təqdim olunan məktubda həm də o qeyd olunur ki, İslamda işgəncə qadağandır, şeytan əməllərinin Allah adına edilməsini söyləmək haramdır. İnsanların özlərinə "mən müsəlman deyiləm" demədikcə heç kimi kafir elan etmək olmaz. İslamın vacib şərtlərinə əməl etmədən fətva verə bilməzsiniz.
Məktuba daha çox alimin imza atması tövsiyə olunub.
Nərmin Məmmədli
AzNews.az