91 ölkənin naziri Bakıya gələcək

26 Sentyabr 2014 12:55 (UTC+04:00)


Gənclər və İdman Nazirliyinin mətbuat ximətinin rəhbəri Səmayə Məmmədovanın AzNews.az-a verdiyi məlumata görə, Forum 28-30 oktyabr 2014-cü ildə Bakıda ilk dəfə gerçəkləşəcək. Avropa Şurası, YUNESKO (UNESCO), BMT-nin Inkişaf Proqramı, BMT-nin Gənclər siyasəti üzrə qurumu və Azərbaycan Hökumətinin birgə həyata keçirdiyi foruma bu günə qədər 91 ölkənin nazirinin gəlməsi ilə bağlı razılıq məktubu daxil olub. Layihənin önəmini qeyd edən bir sıra ölkələrin nazirləri Bakıda keçiriləcək Forumun gənclər siyasətində yeni bir xətt, bu sahədə gələcəkdə həyata keçiriləcək böyük layihələrə başlanğıc və təkan olacağını qeyd ediblər.

28-30 oktyabr Bakı şəhərində keçiriləcək forumda 200 gənc elan əsasında seçilənlərdir ki, bu günə qədər bu yerlər üçün 174 ölkədən 4705 müraciət daxil olub. 200 iştirakçı nazirlər, nazir müavinləri və dövlət nümayəndələridir. Digər 200 iştirakçı isə QHT –nın nümayəndələri olacaq. Forumda 100 ekspertin də iştirakı nəzərdə tutulub. Qeyd edək ki, artıq forumun rəsmi:www.youthpolicy.org saytı da fəaliyyətə başlayıb.


Gültəkin Ələsgər
Aznews.az