Mirvari Qəhrəmanlı Qubad İbadoğlunu niyə dəstəkləyir?
26 Sentyabr 2014 14:55 (UTC+04:00)
Bunu AzNews.az-a açıqlamasında Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirib.
O, Q.İbadoğlunun dəstəkləməsinin səbəbini belə izah edib: "Qubad bəydə barışdırıcı xarakter var. Bu siyası liderlərdə lazım olan xüsusiyyətlərin ən başlıcasıdır. Düşünürəm ki Qubad bəy Müsavat Partiyasının başqanı olarsa, üzvləri ondan çox fayda götürəcəklər. Müsavat Partiyasının beynəlxalq aləmdə nüfuzu artacaq".
Qeyd edək ki, Müsavat Partiyası özünün növbəti qurultayını sentyabrın 27-də keçirəcək.
İlkin Pirəli
AzNews.az