XİN Ərdoğanı məsuliyyətsizlikdə ittiham etdi

26 Sentyabr 2014 19:50 (UTC+04:00)


ANS PRESS-in məlumatına görə, BƏƏ Xarici İşlər Nazirliyi Ərdoğanı məsuliyyətsizlikdə ittiham edib.

"Ərdoğanın BMT-də etdiyi çıxışı təəccüblə qarşıladıq. Ərdoğanı Misiri tənqid etmək üçün BMT kürsüsündən sui-istifadə etdi".

BƏƏ Ərdoğandan Misir hökümətinə təzyiqləri dayandırmağı istəyib.

Misir xarici işlər naziri Samit Şükrü də Ərdoğanı xaosu təşviq etməkdə, ölkədə qarışıqlıq salmaq istəyən təşkilatları də dəstəkləməkdə ittiham edərək bildirmişdi ki, Türkiyə prezidenti Yaxın Şərqdə qarışıqlıq salmaq istəyir.

Qeyd edək ki, Ərdoğan BMT-nin 69-cü Baş Assambleyasında çıxışında Misirdə demokratiyanın qətl edildiyini demişdi.

AzNews.az