«Ebola»ya qarşı vaksin gələn il hazır olacaq
26 Sentyabr 2014 21:09 (UTC+04:00)
"Ebola xəstəliyinə qarşı minlərlə eksperimental vaksinlər gələn ilin əvvəlinə hazır olacaq və Afrikada istifadə oluna biləcək".
AzNews.az xəbər verir ki, bu haqda informasiyanı Ümumdünya səhiyyə təşkilatı (ÜST) yayıb.
Xəbərdə deyilir ki, hazırda Ebola xəstəliyinə qarşı lisenziyalı müalicə üsulu və ya vaksin yoxdur.
ÜST hazırda iki vaksini nəzərdən keçirir. Biri Britaniyanın GlaxoSmithKline, digəri ABŞ-ın NewLink Genetics şirkətinindir. Britaniya vaksini ABŞ və Britaniyada sınaqdan keçirilir, o birinin sınağı hələ başlamayıb.
Qeyd edək ki, indiyə kimi Ebola xəstəlityindən 3 min adam ölüb.
AzNews.az