Həkimin “ölüb” dediyi 45 yaşlı qadını diri-diri dəfn etdilər

27 Sentyabr 2014 20:44 (UTC+04:00)
Musavat.com BBC-yə istinadən xəbər verir ki, qəbirdən gələn qadın səsi qəbiristanlıqda vahiməyə səbəb olub. Adamlar qəbiri açmağa başlayıblar. Lakin tabutu açanadək qadın artıq ölübmüş.

Məlumata görə, xərçəng xəstəsi olan qadının həkimi onun öldüyünü rəsmən qeydə alıb. Lakin qəbiristanlığa gələn tibb işçiləri bildiriblər ki, qadın sağ imiş və boğulmadan ölüb.

Diri-diri dəfn edilən qasının ailəsi həkimi məhkəməyə verməyə hazırlaşır.

AzNews.az