Honq Konqda etirazçılara divan tutulur

28 Sentyabr 2014 22:33 (UTC+04:00)
Honq Konq polisi etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Məqsəd küçəni bağlamış minlərlə etirazçını dağıtmaq olub.

AzNews.az xəbər verir ki, polis şəhərin mərkəzini ələ keçirməyə çalışan minlərlə etirazçının qarşısını almaq üçün küçələrdə barrikadalar qurur.

Honq Konq lideri Leunq Çun-yinq əhalini etiraz aksiyalarına qoşulmamağa çağırıb.
O bildirib ki, aksiyalar "qanunsuz"dur. Bu, etirazlar başlanandan liderin ilk bəyanatıdır.

Qeyd edək ki, tələbələr sentyabrın 26-da kütləvi nümayiş keçirib, daha çox demokratiya, ölkə rəhbərinin seçki islahatlarının müzakirəsi üçün onlarla görüşməsini tələb edib.

Leunq vəd edib ki, hökumət tezliklə seçki islahatlarına dair məsləhətləşmələrin yeni raunduna başlayacaq, ancaq konkret tarix açıqlamayıb.

AzNews.az