AXCP-dən Müsavat açıqlaması
29 Sentyabr 2014 08:55 (UTC+04:00)
AzNews.az-a açıqlamasında partiyanın rəsmisi dedi ki, qurultayın nəticələri ilə bağlı AXCP-nin mövqeyi nəyisə dəyişə bilməz: "Müsavat partiyasına yeni başqanı ilə birlikdə xalqımızın azadlıq və demokratiya uğrunda mübarizəsində daha fəal olmağı arzulayıram".
Qeyd edək ki, Müsavat Partiyası sentyabrın 27-də özünün qurultayını keçirib və Arif Hacılı başqan seçilib. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə Müsavat Partiyasına yeni başqan kimi Qubad İbadoğlunu dəskəklədiyini bəyan etmişdi.
Bahar RÜSTƏMLİ
AzNews.az