Qubad İbadoğlu Hikmət Hacızadəyə cavab verdi
29 Sentyabr 2014 12:23 (UTC+04:00)
O, AzNews.az-a deyib ki, seçkiylə bağlı yekun qərarı həftə ərzində verəcəklər: "Bu, bizim yekun qərarımız deyil, ilkin qərarımızdır, biz bu həftə məsləhətləşib yekun qərarımızı verəcəyik".
Qubad İbadoğlu bildirib ki, Məclis üzvlüyünə namizədlər seçkidən əvvəl verilib: "Dunən açıqlanan nəticələr də göstərdi ki, Məclisdə bizim tərəfdarlaımız da var. Onları hazırda fəaliyyətlərini davam etdirmələri qərarlarına hörmətlə yanaşıram".
Xatırladaq ki, Hikmət Hacızadə Müsavat partiyasına başqan seçimində Qubad İbadoğlunu dəstəklədiyini bildirmişdi.
Bahar RÜSTƏMLİ
AzNews.az