İlham Əliyev Vladimir Putinlə görüşdü
29 Sentyabr 2014 15:47 (UTC+04:00)
AzNews.az xəbər verir ki, görüşdə tərəfləri maraqlandıran məsələlər müzakirə edilib.
Qeyd edək ki, sammitdə Xəzəryanı ölkələrin dövlət başçıları - Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev, İran dövlət başçısı Həsən Ruhani, Qazaxıstan dövlət başçısı Nursultan Nazarbayev və Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedov iştirak edir.
Rusiya prezidenti region ölkələrinin liderləri ilə qeyd edib ki, sammit iştirakçıları ilk dəfə olaraq Xəzərin statusu ilə bağlı razılığı özündə əks etdirən siyasi bəyanatı təsdiqləyiblər. Onun sözlərinə görə, əldə edilən razılıq bütün tərəflərin uzunmüddətli maraqlarına cavab verir. Rusiya dövlət başçısı həmçinin Xəzər regionu ölkələrini dənizə ekoloji baxımdan zərər verməməyə çağırıb: "Elə etmək lazımdır ki, regionun inkişaf etmiş ölkələri ətraf aləmə zərər vurmasınlar. Xəzər üçün bu situasiya yolverilməzdir".
AzNews.az