15 yaşlı oğlan yaralandı- Hamamda partlayış
29 Sentyabr 2014 19:03 (UTC+04:00)
AzNews.az-ın lent.az-a istinadən məlumatına görə, Yasamal rayonu, Birinci Alatava küçəsi 54 ünvanının hamam otağında güclü partlayış baş verib. Ev sahibinin 15 yaşlı oğlu hamam otağında olarkən su qızdırıcısı partlayıb və yanğın olub. Nəticədə orta məktəb şagirdi olan yeniyetmə ağır xəsarətlər alıb və 5 saylı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.
AzNews.az