Bakıda sürücü hamilə qadını vurub qaçdı
30 Sentyabr 2014 07:26 (UTC+04:00)
AzNews.az Apa-ya istinadən xəbər verir ki, piyadalardan biri hamilə qadın olub. Nobel prospekti ilə şəhər istiqamətində hərəkətdə olan "Honda" markalı avtomobil yolu keçmək istəyən 23 yaşlı hamilə Təhminə Mustafayevanı və daha bir nəfəri vurub. Yaralıları təcili tibbi yardım vasitəsi ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırıblar. Həkim Namiq Dəmirçiyevin verdiyi məlumata görə, Təhminə Mustafayevanın vəziyyəti ağırdır.
Qəzanı törətməkdə şübhəli bilinən "Honda" markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb. İsti izlərlə keçirilən əməliyyat nəticəsində avtomobil Babək prospektində "NZS" qəsəbəsinin girişində aşkarlanıb. Sürücü avtomobildə olmayıb. Maşına baxış zamanı oradan mobil telefon götürülüb. Hazırda Xətai polisi avtomobili hadisə zamanı idarə edən sürücünün axtarışlarını davam etdirir. Faktla bağlı araşdırma aparılır.