Polis reyd zamanı öldü

30 Sentyabr 2014 08:26 (UTC+04:00)


Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinn Lənkəran xətt polis şöbəsinin polis serjantı, rayonun Şirinsu kənd sakini, 1986-cı il təvəllüdlü Məlik Əlizamin oğlu Cahangirovu yüksək gərginlikli elektrik cərəyanı vurub. Polis hadisə yerində dünyasının dəyişib.

Hadisə keçirilən reyd zamanı baş verib. Belə ki, 5 nəfərdən ibarət reyd keçirən qrup qanunsuz balıq ovu ilə məşğul olan dəstəni yaxalamaq istəyib. Bu zaman Məlik Cahangirov qanunsuz balıq ovu ilə məşğul olanların suya buraxdıqları elektrik enerjisinin qurbanı olub.

Hadisə nəticəsində 2 nəfərin saxlanıldığı deyilir.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.