“İnsan ləyaqətindən vacib heç nə ola bilməz” - Maykl Frendo

3 Oktyabr 2014 12:21 (UTC+04:00)


AzNews.az trend-ə xəbər verir ki, bunu Malta parlamentinin sabiq sədri Maykl Frendo bu gün IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Humanizm postmodern dövrün başlıca dəyəri kimi" mövzusunda "dəyirmi masa"da çıxışı zamanı keçirilib.
Maykl Frendonun sözlərinə görə, tolerantlıq bir-birinin fikirlərinə qarşılıqlı olaraq hörmətlə yanaşmaqdır: "Hər bir şəxsin digərini başa düşməsi, sakit şəraitdə yaşaması vacibdir. Bu, tolerantlıqdır. İKT-nin sürətli inkişafı ilə bütün sərhədlər açılır, miqrasiya artır. Biz tolerantlıqdan da qabağa getməli, bir-birimizi daha dərindən başa düşməli, hər kəsin ləyaqətinə, müxtəlif mövqelərə hörmətlə yanaşmalıyıq".

O bildirib ki, sosial harmoniyanın yaradılması mümkündür: "İnsan ləyaqətindən vacib heç nə ola bilməz".