Naxçıvan Hava Limanından xəbər var - FOTOLAR

10 Oktyabr 2014 07:43 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu barədə AzərTAc-a Naxçıvan Beynəlxalq Hava Limanının direktor müavini Ceyhun Zeynalov məlumat verib. Bildirib ki, mövsümlə əlaqədar həyata keçirilən tədbirlər nəticəsində qış fəslində uçuş-enmə zolağının və perronun qardan, buzdan təmizlənməsi üçün istifadə olunacaq avtomobillər hazır vəziyyətə gətirilib. Təyyarələrin buzlaşma zamanı qəbul olunması üçün istifadə olunan ABŞ istehsallı "Qlobal", bazasında qartəmizləyən kürək, fırçalı diyircək və yüksək təzyiqlə havavuran "MAN", yəhərli dartıcı bazasında qartəmizləyən kürək, fırçalı diyircək və yüksək təzyiqlə havavuran "Volvo" markalı avtomaşınlar, habelə "Supra" markalı frezer rotorlu qartəmizləyən, istilik verərək buzəridən qurğular və digər qarkürəyən texniki vasitələr ən soyuq və qarlı hava şəraitində belə hava limanında xidmətin yüksək səviyyədə həyata keçirilməsinə şərait yaradır.

Bundan əlavə, işıq-siqnal sisteminin yararlılığının, qazanxana bölümündə istilik qazanlarının yoxlanması, ehtiyat hissələrinin yeniləri ilə əvəz olunması işləri başa çatdırılıb. Hava limanının mövsümün hadisəsiz başa vurulmasına cavabdeh xidmətlərinin maddi-texniki bazası möhkəmləndirilib. Bütün güc kabellərinin izolyasiyasının yoxlanması, dizel generatorlarına, transformatorlara, elektrik verilişi xətlərinə xidmət göstərilməsi işi yekunlaşdırılıb.

Sərnişinlərin qış aylarında rahatlığının təmin olunması məqsədilə aerovağzal kompleksində profilaktik tədbirlər də həyata keçirilib. Yaradılan şərait və mövsümlə əlaqədar həyata keçirilən tədbirlər payız-qış mövsümündə sərnişinlərə nümunəvi xidmət göstərməyə imkan verəcək.