Azərbaycan Dövlət Neft Fondunun gəlirləri azaldı
20 Oktyabr 2014 10:35 (UTC+04:00)
AzNews.az xəbər verir ki, ötən 9 ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 162,3 milyon manat təşkil edib.
Qeyd edək ki, 2013-cü ilin 9 ayında Neft Fondunun vəsaitlərinin idarə olunmasından 311,2 milyon manat vəsait əldə etmişdi. Beləliklə, cari ilin 9 ayında Neft Fondu vəsaitlərinin idarə olunmasından əldə etdiyi gəlir 47,8% azalıb.
Gültəkin ƏLƏSGƏR
AzNews.az