Sərnişin avtobusda bıçaqlandı

2 Dekabr 2014 11:00 (UTC+04:00)


Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 51 saylı xətt üzrə hərəkət edən "DAEWOO" markalı sərnişin avtobusunda qeydə alınıb.

Avtobusda sərnişin qismində olan 1992-ci il təvəllüdlü Cavidan Məhərrəm oğlu Ədilzadə naməlum şəxs tərəfindən bıçaqlanıb. C. Əlizadə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hazırda hadisəni törədən şəxsin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir
.