Fransa da Fələstini tanıdı

2 Dekabr 2014 21:28 (UTC+04:00)
Fransa parlamenti bu gün keçirdiyi iclasda Fələstinin dövlət kimi tanınmasının lehinə səs verib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, səsvermədə 339 deputat lehinə, 151-i isə əleyhinə səs verib.

Qeyd edək ki, indiyədək 135 ölkə Fələstin Dövlətini tanıyıb.