Dilqəmlə Şahbazın qondarma “məhkəməsi” sona yaxınlaşır

3 Dekabr 2014 09:32 (UTC+04:00)


APA-nın məlumatına görə, bu barədə Şahbaz Quliyevin "vəkil"i Arkadi İsraelyan bildirib.

Bu gün keçiriləcək "proses"də Azərbaycanda əsirlikdə olmuş Akop İnciqulyan ifadə verəcək.

Qondarma "məhkəmə" bu il oktyabrın 27-də başlayıb.

Xatırladaq ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.