188 nəfər edam edildi

3 Dekabr 2014 10:31 (UTC+04:00)


AzNews.az xəbər verir ki, Misir Məhkəməsi 188 nəfərə Qahirə şəhərində polis əməkdaşlarını öldürdüyünə görə edam cəzası kəsib.

Bu qərar dünən keçirilən məhkəmədə verilib.


Qeyd edək ki, 2013-cü ilin avqustunda etirazçıların dağıdılması zamanı 10 polis əməkdaşı qətlə yetirilib.

Etirazçılar həmin vaxt sabiq prezident Məhəmməd Mursiyə dəstək olmaq üçün küçələrə axışıb.