Beynəlxalq Əlillər Günü qeyd olundu - Nərimanovda

3 Dekabr 2014 13:16 (UTC+04:00)


AzNews.az xəbər verir ki, tədbirdə rayon rəhbərliyi və əlilləri iştirak edib.

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov Əlillər Gününün 1994-cü ildən Azərbaycanda da hər il qeyd edildiyini bildirib: "Ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün insanlar kimi, əlillərin də daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub, onların bütün problemlərinin həlli üçün zəruri tədbirlərin həyata keçirilir".

Daha sonra tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri İradə Mahmudova və İlqar Mirzəyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və əlillər çıxış edib.

Sonda əlillərə İcra Hakimiyyəti tərəfindən ərzaq yardımları paylanılıb.