6 yaşlı qıza qabırğasından qulaq düzəltdilər- FOTO

6 Dekabr 2014 20:15 (UTC+04:00)


"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gaziantepdə tək qulaqlı doğulan 6 yaşlı Sude Aslanoğluya yeni qulaq düzəldilib. Əməliyyat zamanı qabırğasından götürülən qığırdaqdan qulaq hazırlanıb.

Həkimin sözlərinə görə, dünyada hər 6 min uşaqdan bir nəfərdə "mikro qulaq" adlanan xəstəlik meydana gəlir və bir qulaq inkişafdan dayanır.

O, 6 yaşlı qızın yeni qulağının digərindən fərqlənmədiyini bildirib.