Xəzərdə batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edildi

7 Dekabr 2014 17:16 (UTC+04:00)
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşmiş iki nəfəri xilas ediblər.

Nazirlikdən APA-ya verilən məlumata görə, Lənkəranda motorlu qayıqla dənizə çıxmış 2 nəfər batma təhlükəsi ilə üzləşib.

Hadisə barədə nazirliyin qaynar xəttinə məlumat daxil olan kimi dərhal dalğıc-xilasedicilər hadisə yerinə cəlb olunub.

Batmaq təhlükəsi ilə üzləşənlər xilas ediliblər.