Bazarda yanğın oldu

8 Dekabr 2014 08:56 (UTC+04:00)


AzNews.az xəbər verir ki, hadisə bu gün səhər 05:30-da baş verib. Ətraf rayonlardan yanğının söndürülməsi üçün hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb olunub.

Hadisə nəticəsində təxminən 20-yə yaxın mağaza yanıb. Sahibkarlara küllü miqdarda zərər dəyib. Yanan mağazaların əksəriyyəti topdansatış anbarları olub. Ümumi ərazisi 5000 kv. metr olan bazarın 500 kv. yanıb. Sahibkarlar bazarın yandırıldığını iddia edirlər.

Yanğın saat 7-8 radələrində söndürülüb.


AzNews.az