Türkiyə də kosmosa astronavt göndərəcək

8 Dekabr 2014 16:47 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı Türkiyənin Nəqliyyat Dənizçilik və Kimlik Nazirliyi yayıb.

Məlumatda deyilir ki, "Kosmos Şəhəri" (Space City ) adı verilən layihə artıq öz işinə başlayıb.

Nazirlik ilk etapda mütəxəssislərdən ibarət bir heyəti 2015-ci ildə NASA və Avropa Kosmik Agentliyində (ESA) təcrübə keçməyə göndərəcək. Onlar kosmos mərkəzində peyklərin, kosmos texnologiyalarının və cihazların istehsalını təmin edən laboratoriyalarda kurs keçəcək.


2020-ci ilə qədər kosmos şəhərini qurmağı planlaşdıran nazirlik 2030-ci ildə ilk milli kosmos gəmisini və astronavtlarını kosmosa göndərəcək.