“TANAP ətraf mühitə heç bir təhlükə yaratmır”

9 Dekabr 2014 10:31 (UTC+04:00)


AzNews.az-ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız bəyan edib.

Onun sözlərinə görə, boru kəmərinin çəkilməsi üçün müəyyənləşdirilmiş ərazi təsərrüfat sahələrinə düşdüyündən marşrutun ölkə ərazisindən keçən hissəsində cüzi dəyişiklik ediləcək.

Bir az əvvəl Türkiyənin bəzi mətbu orqanları layihənin ətraf mühit üçün təhlükə törətdiyi barədə məlumat vermişdilər.

TANAP boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır. Layihənin dəyəri 10-11 milyard dolalr həcmində qiymətləndirilir.


AzNews.az