“Həkimlər görəsən, nə deyəcək...” - Rafiq Hüseynov

9 Dekabr 2014 11:12 (UTC+04:00)


Bunu AzNews.az-a açıqlamasında xalq artisti, tanınmış diktor Rafiq Hüseynov deyib.

Diktor iki gün bundan öncə müayinə olunsa da, həkimlər ona cavab verməyib: "Hər halda mən də sizin kimi narahatam. Həkimlər görəsən, nə deyəcək. Gözləyirəm".

Xalq artisti müayinənin cavabının sabah məlum olacağını bildirib.

Qeyd edək ki, Rafiq Hüseynov bir ildən yuxarıdır ki, xərçəng xəstəliyindən əziyyət çəkir. O, xəstəliyi ilə əlaqədar Türkiyədə əməliyyat olunub.

Bahar RÜSTƏMLİ
AzNews.az