Hərbçilərimiz Brüsselə gedir

9 Dekabr 2014 11:18 (UTC+04:00)


AzNews.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki,dekabrın 9-dan 12-dək Bakı şəhərində Dənizdə mühüm enerji infrastrukturunun mühafizəsi üzrə fəaliyyət planı, əməliyyat ssenarisi və prosedurların işlənib hazırlanması mövzusunda növbəti seminar, dekabrın 10-dan 12-dək isə Brüssel şəhərində (Belçika) Tərəfdaşlar arasında informasiyanın canlı idarə edilməsi sistemi (ePRIME) kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.


AzNews.az