Fəhlə binadan yıxılıb öldü

9 Dekabr 2014 13:17 (UTC+04:00)


AzNews.az-ın Daxili İşlər Nazirliyinin mətbuta xidmətinə istinadla verdiyi məlumata görə, hadisə dekabrın 8-də qeydə alınıb.

Hadisə Şabran şəhərindəki iaşə obyektlərindən birinin tikintisində baş verib. Tikintidə fəhlə işləyən rayon sakini Anar Xudaverdiyev 2-ci mərtəbədən yıxılıb.
Fəhlənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.


AzNews.az