Sabah olan hava proqnuzu

10 Dekabr 2014 12:18 (UTC+04:00)


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzNews.az-a bildiriblər ki, dekabrın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə ciskinli yağış olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7, gündüz 8-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 10-da axşam qərb rayonlarında, dekabrın 11-də bəzi ərazilərdə havanın yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar və qar yağacağı gözlənilir.

Havanın temperaturu Aran rayonlarında gecə 1-6 dərəcə isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.


AzNews.az