Rublun dəyərinin aşağı düşməsinin səbəbləri açıqlandı

10 Dekabr 2014 13:39 (UTC+04:00)


AzNews.az xəbər verir ki, Medvedev bu açıqlamanı Rusiyanın 5 əsas televiziya kanalına (1-ci kanal, "Rossiya", NTV, "Dojd" və REN-TV) müsahibə verərkən deyib.
"Rublun dəyərinin aşağı düşməsinin hər hansı bir gücün təsirilə baş verdiyini demək çətin məsələdir. Ancaq buna baxmayaraq bir çox faktorlar göz qabağındadır. Birincisi, neftin bir barelinin qiymətinin aşağı düşməsi rubla da təsir edib. İkincisi, bu, Rusiyaya qarşı xarici təsirlə bağlıdır. Tətbiq edilən sanksiyalar istər sadə vətəndaşları, istərsə də dövlət qurumlarını gözləmə mövqeyində saxlayıb. Üçüncüsü isə, valyuta fırıldağıdır. Bu isə həmişə olub. Valyuta fırıldağını izləmək isə Rusiya Mərkəzi Bankının və Rusiya hökumətinin birbaşa funksiyasıdır", - deyə Baş nazir əlavə edib.

Qeyd edək ki, bu, jurnalistlərlə Medvedevin artıq 8-ci görüşü sayılır.