Rusiyada çörəyin də qiyməti bahalaşır

11 Dekabr 2014 09:16 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Kommersant" qəzeti yayıb.

"Rusprodsoyuz" Assosiasiyasının direktoru Dmitri Vostrikov çörəyin qiymətinin bahalaşacağını əsaslandıraraq bildirib ki, bu ilin oktyabr ayından başlayaraq unun qiyməti 22 faiz bahalaşıb.

Kalininqrad vilayətinin çörək zavodunun baş direktoru Alla Oşitkova isə çörək məmulatlarının qiymətinin 8 faiz qalxdığını vurğulayıb.

Rusiyanın Statistika Komitəsi də bu ilin əvvəlindən ölkədə inflyasiyanın 8.9 faiz təşkil etdiyini açıqlayıb. Komitə çörəyin qiymətinin ümumi ölkə üzrə 0.7 faiz artdığını deyib.