Honq Konqda polis nümayişlərin keçirildiyi ərazini təmizlədi

11 Dekabr 2014 17:54 (UTC+04:00)


APA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 2 aydan çox davam edən nümayişlərin mərkəzi olan "Admiralty" meydanını çadır və barrikadalardan təmizləmək üçün 7 min nəfər polis cəlb olunub.

Ərazini tərk etmək istəməyən nümayişçilərin saxlanıldığı bildirilir.

Xatırladaq ki, nümayişçilər 2017-ci il seçkilərində iştirak edəcək şəxslərin namizədliyinin Çin hökuməti tərəfindən təsdiqlənməsi qaydasına etiraz edirlər.