Terror aktına hazır vəziyyətdə olan partlayıcı bağlanmış uşağı aşkar etdilər

11 Dekabr 2014 22:20 (UTC+04:00)
Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə ətrafdan keçənlər məlumat veriblər və bundan sonra polis bədəninə terror aktına hazır vəziyyətdə olan partlayıcı bağlanmış uşağı aşkar edib.

Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları potensial kamikadzeni iki qadının Kano şəhərindəki bazarda özlərini partlatdıqdan bir neçə saat sonra saxlayıblar.

Analoji hadisə Nigeriyada bu ilin iyununda baş vermişdi. O zaman Katsina ştatında 10 yaşlı qızcığaz üzərində "şəhid kəməri" ilə tutulmuşdu.