BŞİH Müsavatın mitinqinə “hə” dedi

12 Dekabr 2014 10:44 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında Müsavat partiyasının başqan müavini Səxavət Soltanlı deyib.

O bildirib ki, 14 dekabr tarixinə təyin edilən mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

Xatırladaq ki, Müsavat partiyası dekabrın 14-ə mitinq təyin edib. Partiya mitinq üçün "İnşaatçılar" metro stansiyasının yaxınlığında yerləşən "Məhsul" stadionunun adını yazıb.


Bahar RÜSTƏMLİ
AzNews.az