ABŞ Gürcüstana 30 milyon dollar verdi

12 Dekabr 2014 11:46 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda məlumatı Gürcüstanın Xarici işlər Nazirliyinin rəsmi saytı yayıb.

Bundan əlavə rəsmi Tiflis ABŞ-dan "Avropaya dəstək üçün irəli sürülən təşəbbüslər"ə görə də pul alacağı deyilir.

Vaşinqtonun 57 milyon dollar həcmində ayırdığı bu pul Gürcüstanla yanaşı, Ukrayna və Moldova arasında bölünəcək.

ABŞ-ın Ukraynaya hərbi kömək üçün 350 milyon dollar ayılacağı haqda xəbərlər də mediada yer alıb.


Qeyd edək ki, ABŞ Konqressi və Senatı Barak Obama tərəfindən razılaşdırılan bu vəsaitləri hələ təsdiq etməyib.