Metropoliten təhlükəsizliyi gücləndirdi– Rəsmi açıqlama

15 Dekabr 2014 09:28 (UTC+04:00)


AzNews.az xəbər verir ki, N.Paşayev özünün facebook səhifəsində metronun 20 yanvar stansiyasına giriş bağlanmadığını açıqlayıb. O, bildirib ki, qapılarda da hər hansı problem yoxdu:

"Sərnişin sıxlığı olduğu üçün təhlükəsizliklə əlaqədar sərnişin axınını nizamlamaq üçün tədbirlər görülür. Bütün bunlar stansiyada hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçündür. İstər qatarların hərəkətində, istərsə də stansiyada hər hansı nasazlıq, problem yoxdur".


AzNews.az