Protezli müğənni “Facebook”da rekord qırır - VİDEO

15 Dekabr 2014 09:54 (UTC+04:00)


AzNews.az xəbər verir ki, klip "Facebook"da bütün rekordları sındırır. Unikal video istirahət günlərində "Facebook" sosial şəbəkəsində 7,5 milyondan çox baxış toplayıb.

Klipin unikallığı təkcə onun qeyri-adi quruluşunda və heyranedici süjetində deyil, həm də müğənninin fəal hərəkət edən və rəqs edən protezindədir.

Qeyd edək ki, müğənni Viktoriya Modesta 1988-ci il fevralın 28-də Latviyada anadan olub. Doğuş zamanı qızın sol ayağı zədələnib və bu ayaq amputasiya edilib. Gənc yaşlarından musiqi və vokalla məşğul olan müğənni 1999-cu ildə valideynləri ilə birlikdə Londona köçüb. Məhz burada Viktoriya model və müğənni karyerasına başlayıb.



Aydan Axundova
AzNews.az