Neft Şirkətində daha bir faciə

15 Dekabr 2014 11:16 (UTC+04:00)


AzNews.az Lent.az-a istinadən xəbər verir ki, hadisə şirkətin tabeliyində olan "Neftqazçıxarma" trestinin 4 saylı tikinti-quraşdırma idarəsində baş verib. Həmin idarədə elektrik vəzifəsində çalışan. 1951-ci il təvəllüdlü Bəhramov Simran Qarakişi oğlu estakadadan dənizə yıxılıb. O, boğularaq ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, son vaxtlarda Neft Şirkətinin tikinti quraşdırma idarələrində ölümlə nəticələnən bədbəxt hadisələrin sayı artıb.