Rublun düşməsi “Aeroflot”a da təsir etdi

16 Dekabr 2014 09:01 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Rosaviasiya" şirkətinin rəsmi saytı yayıb.

Məlumatda deyilir ki, "Aeroflot" 11 şəhərə reallaşdıran reysləri tamamilə dayandırıb. Bu şəhərlər arasında Zalsburq, Donetsk, Xurqadu, Şarm-el-Şeyx və Eylatın adları var.
Aviaşirkət həmçinin, Vladivostok şəhərindən Dalyan və Xarbinə, Xabarovskdan Yujno-Saxalinsk və Xarbinə, Vladivostokdan Xarbin və Tokio səmtlərinə reyslərini də dayandırıb.

"Aeroflot"un mətbuat xidməti bunun şirkət daxilində aparılan islahatlarla bağlı olduğunu vurğulayıb. Əslində isə reyslərin dayandırılması Rusiyada baş verən iqtisadi böhranla bağlıdır.


AzNews.az