Keçmiş məhkumlar yenidən cinayət törətdilər

17 Dekabr 2014 17:17 (UTC+04:00)
Azərbaycanda keçmiş məhkumlar yenidən cinayət törədiblər. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, cinayət törədənlər saxlanılıblar.

Əməliyyat Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi və Xətai rayon Polis İdarəsi cinayət axtarış şöbəsinin əməkdaşları birgə keçiriblər.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, cibgirlikdə şübhəli bilinən Zərdab rayon sakini 1977-ci il təvəllüdlü Qamət Qəhramanov, Bakı şəhər sakini 1977-ci il təvəllüdlü Kamal Fərhadov tutulub.

Şübhəli şəxslər - Q.Qəhramanovdan 0,160 qram heroin, K.Fərhadovdan 0,163 qram heroin aşkar olunaraq götürülüb.

Qeyd edək ki, saxlanılan hər iki şəxs əvvəllər də məhkumluq həyatı yaşayıblar.

Faktla bağlı araşdırma aparılır.