Putin jurnalistə: “Siz deyəsən içibsiniz”

18 Dekabr 2014 16:13 (UTC+04:00)


AzNews.az xəbər verir ki, Kirov şəhərindən olan jurnalist sual verərkən nədənsə dili topuq çalıb. Bu zaman Putin onun sözünü kəsərək "Siz deyəsən içibsiniz" deyib.

Kirov vilayətində fəaliyyət göstərən "Reportyor" informasiya-analitik qəzetinin direktoru İrina Aleksandrova bununla bağlı deyib ki, həmin jurnalist insult keçirdiyinə görə onun danışığında problem yaranıb.

"O sual veribsə, deməli bu sual rəhbərlik tərəfindən razılaşdırılıb. Əslində o sərxoş deyildi. İki dəfə insult keçirib və bir dəfə də beyni ciddi zədələnib. Onun danışığında problem var", - deyə qəzet direktoru əlavə edib.